Bazar ertəsi, 06 May

"Şuşada terror törədən erməni cinayətkar Azərbaycan tərəfinə təhvil verilməlidir" - Korotçenko

image

“Noyabrın 13-də səhər saatlarında Şuşa yaxınlığında terror aktını törədən erməni cinayətkar Azərbaycan tərəfinə təhvil verilməlidir”.

Xəbər verilir ki, bu sözləri politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Terrorçu Azərbaycan ədalətinə təhvil verilməli və cinayətin mümkün digər iştirakçıları müəyyən edilməlidir”, – deyə İqor Korotçenko bildirib.

O, erməni terrorçusunun Şuşaya Laçın dəhlizi vasitəsilə gəldiyini deyib: “Burada pasport yoxlanışı aparmaq məsələsi yoluna qoyulmalı, Ermənistan vətəndaşlarının gəliş-gedişi barədə Azərbaycan tərəfinə məlumat verilməlidir”.

Onun sözlərinə görə, vaxtında müvafiq sərt tədbirlər görülməsə, belə hallar təkrarlanacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15